Simon Vizental

Simon Vizental
alm. Simon Wiesenthal
Doğum tarixi 31 dekabr 1908(1908-12-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 2005(2005-09-20)[1][2][…] (96 yaşında)
Vəfat yeri
Uşağı 1
Fəaliyyəti Nasist ovçuları, avtobioqraf[d], memar, advokat
Partiyası
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru Great Golden Medal of Honour for Services to the Republic of Austria Decoration for Services to the Liberation of Austria Order of the White Lion 3rd Class "Fəxri legion" ordeni kavaleri "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Prezidentin "Azadlıq" medalı Commander of the Order of Merit of the Grand Duchy of Luxembourg Commander of the Order of Polonia Restituta "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi Austrian Decoration for Science and Art First Class Commander of the Order of Orange-Nassau Grand Cross of the Order Bernardo O'Higgins
wiesenthal.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simon Vizental (alm. Simon Wiesenthal‎; 31 dekabr 1908[1][2][…], Buçaç[d], Avstriya-Macarıstan[3]20 sentyabr 2005[1][2][…], Vyana, Avstriya[3]) — Avstriyalı memar, yazıçı və ictimai xadim, "Nasist ovçusu".[4] O, yəhudi əslilli avstriyalı idi. Holokost qurbanı olmuş, möcüzə nəticəsində sağ qalmışdır. Vizental memarlıq təhsili alıb II Dünya müharibəsi başlayanda Lvovda yaşayırdı. O, Yanovski konsentrasiya düşərgəsindən (1941-ci ilin sonundan 1944-cü ilin sentyabrına qədər), Krakov-Plaşov həbs düşərgəsində (sentyabr-oktyabr 1944), Qross-Rosen konsentrasiya düşərgəsində, Xemnits, Buhenvald həbs düşərgəsindəMauthauzen həbs düşərgəsində (fevral-5 may 1945) olub. Bu düşərgələrdə dəfələrlə ölüm yürüşündə iştirak edib.

Müharibədən sonra Vizental həyatını qaçaq nasist müharibə cinayətkarlarının aşkara çıxarılıb mühakimə oluna bilməsi üçün onları izləməyə və barələrində məlumat toplamağa həsr edib. 1947-ci ildə o, Avstriyanın Lins şəhərində Yəhudi Tarixi Sənədlər Mərkəzinin həmtəsisçilərindən biri olub. Burada o və başqaları gələcək müharibə cinayətləri ilə bağlı mühakimələr üçün məlumat toplayıb və qaçqınlara itirilmiş qohumlarını axtarmağa kömək ediblər.

O, 1961-ci ildə Vyanada Üçüncü Reyxin Yəhudi Qurbanları Assosiasiyasının Sənədləşdirmə Mərkəzini açdı. Vizental qaçıb gizlənmiş nasist müharibə cinayətkarlarının yerini tapmağa çalışmağa davam etdi. O, 1960-cı ildə Buenos-Ayresdə Mossad tərəfindən gizli qaçırılan Adolf Eyxmanın tapılmasında kiçik də olsa rol oynayıb. 1971-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilmiş Frans Stangl haqqında dosye hazırlamaq üçün Avstriya Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edib. 1970-ci və 1980-ci illərdə Vizental Avstriya siyasətçilərinin iştirak etdiyi iki yüksək səviyyəli tədbirdə iştirak etdi. Özü də yəhudi olan Bruno Kreyskinin 1970-ci ilin aprelində Avstriya kansleri kimi andiçmə mərasimindən qısa müddət sonra Vizental mətbuata onun yeni kabinetinə təyin olunan dörd nəfərin Nasist Partiyasının üzvü olduğuna işarə verdi. Qəzəblənən Kreyski Vizentalı "yəhudi faşisti" adlandırıb, təşkilatını mafiyaya bənzətdi və onu nasistlərlə əməkdaşlıqda ittiham etdi. Vizental böhtana görə onu məhkəməyə verdi. Məhkəmə 1989-cu ildə başa çatdı. 1986-cı ildə Vizental 1986-cı ildə Avstriyada keçirilən prezident seçkiləri ərəfəsində Vermaxtda xidməti və Holokostla bağlı ehtimal olunan məlumatı üzə çıxan Kurt Valdhaymın işində iştirak etdi. Əvvəllər Valdhayma qarşı olan bu ittihamları ört-basdır etdiyinə, reputasiyası ciddi şəkildə pozuldu.

Hekayəçi kimi şöhrət qazanan Simon Vizental, yalnız qismən faktiki hadisələrə əsaslanan hekayələri ehtiva edən bir neçə xatirələrin müəllifi idi.[5][6] Xüsusilə, o 1960-cı ildə Eyxmanın tutulmasında öz rolunu çox şişirmişdi.[7][8] Vizental 2005-ci il sentyabrın 20-də Vyanada 96 yaşında yuxuda vəfat edib. O, İsrailin Herzliya şəhərində dəfn edildi. Baş ofisi Los-Ancelesdə yerləşən Simon Vizental Mərkəzi onun şərəfinə adlandırılıb.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Simon Wiesenthal (nid.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118632655 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Simon Wiesenthal: Nazi hunter". en:BBC News. 28 December 1999. 23 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2020.
  5. Segev, 2010. səh. 27
  6. Walters, 2009. səh. 77–78
  7. Segev, 2010. səh. 278
  8. Levy, 2006. səh. 158–160

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search